Maykl Ceksonun oğlunun nadir fotosu yayıldı - FOTO

Mədəniyyət

07.11.2024 13:30

Məşhur ABŞ-li pop ifaçısı Maykl Ceksonun kiçik oğlu Blenketin (Biqi) nadir fotosu yayılıb.

TodayPress-in xəbərinə görə, foto "The Mirror" nəşrində dərc olunub.

Fotoda kiçik Cekson qara kostyum, ağ corab və qara loferdə (ayaqqabı - red.) olub. Jurnalistlər əfsanəvi ifaçının oğlunun obrazında atasının geyim tərzinin elementlərini görüblər.

KİV-in məlumatına görə, gənc öz əmisi, ABŞ-li müğənni və "The Jackson 5" qrupunun üzvü Tito Ceksonla vida mərasimində görüntülənib. Mərasimdə, həmçinin Blenketin qardaşı və bacısı Peris və Prins də iştirak ediblər.

tag: Maykl Cekson, Blenket, ABŞ, Tito Cekson, Peris, Prins, todaypress.az,

photo