Matəmə görə bütün mədəni-kütləvi tədbirlər təxirə salındı
Matəmlə əlaqədar Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr
tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.
Bu barədə TodayPress-ə Mədəniyyət
Nazirliyindən bildirilib.
Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında
həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə
başsağlığı verir.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin
Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau
şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və
yaralanıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza
nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın
26-da Azərbaycan Respublikasında matəm elan edilib.
tag: Matəm, Qəza, Təyyarə, Qazaxıstan, Mədəniyyət Nazirliyi, todaypress.az,