"Mamagama" qrupu "Avroviziya 2025"-də 10-cu sırada çıxacaq
Azərbaycanı
"Avroviziya 2025" mahnı müsabiqəsində təmsil edəcək
"Mamagama" qrupu səhnəyə birinci yarımfinalda 10-cu çıxacaq.
TodayPress xəbər verir ki, bu barədə yarışmanın rəsmi səhifəsində məlumat
paylaşılıb.
Qrup ölkəmizi
"Run With U" mahnısı ilə təmsil edəcək.
Xatırladaq ki,
İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmanın birinci yarımfinalı mayın
13-də keçiriləcək.
Azərbaycanla
birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya,
İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç,
San-Marino təmsilçiləri də çıxacaq.
Yarışmanın ikinci
yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
tag: "Avroviziya 2025" , Mamagama,Qrup,"Run With U" , todaypress.az,