Maksim Qalkin Ali Məhkəməyə müraciət etdi
Mədəniyyət
30.07.2024 09:47
Rusiyalı komediya aktyoru Maksim Qalkin adının xarici agentlər siyahısından çıxarılması ilə bağlı Ali Məhkəməyə müraciət edib.
TodayPress bu barədə “RİA Novosti” məlumat yayıb.
Məhkəmə Qalkinin şikayətini qəbul etdiklərini bildirib. Aktyorla görüş tarixi hələ təyin edilməyib.
Qeyd edək ki, martın 12-də Moskva Şəhər Məhkəməsi Qallkinin xarici agentlərin siyahısına daxil edilməsinin qanuniliyini tanıyıb. Ədliyyə Nazirliyinin qərarından apellyasiya şikayəti vermək cəhdlərinə baxmayaraq, aktyoru xarici agentlərin sırasından çıxarmaqdan imtina ediblər.
Xatırladaq ki, Maksim Qalkin 16 sentyabr 2022-ci ildə xarici agentlərin siyahısına daxil edilib. Komediya aktyoru Ukraynadan maliyyə alaraq, siyasi fəaliyyətlə məşğul olmaqda ittiham olunub.
Günəş Mərd
tag: Maksim Qalkin, Məhkəmə, Ukrayna, Rusiya, Aktyor, todaypress.az,