Madonnanın oğlu səfil oldu
Mədəniyyət
23.07.2024 09:50
Madonnanın oğlu Devid Banda çətin günlər yaşayır.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, pop kraliçasının 18 yaşlı oğlu müstəqil olmaq qərarına gəlib və həyatının yeni mərhələsinə başlamaq üçün anasının evini tərk edib.
Nyu Yorkun Bronks məhəlləsindəki mənzilə köçən Devid pulu olmadığı üçün gitara dərsləri keçir və hətta yemək tapmaq üçün zibillikləri gəzir.
Musiqiçi İngiltərənin "The Sun" qəzetinə yaşadığı çətinliklərdən danışarkən, həyatının bu yeni mərhələsində tək olmadığını, sevgilisi ilə birlikdə addımladığını deyib:
"Çətin olsa da, mən tək deyiləm. Sevgilimlə bir yerdə yaşayıram. Yemək almağa pulum olmayanda, gecələr ac qalmamaq üçün zibilliyi gəzirəm. Gitara dərsləri ilə maraqlanan tələbələr, "Instagram" profilimdən mənimlə əlaqə saxlayıb dəstək ola bilərlər" deyə o, bildirib.
Qeyd edək ki, Madonna Devid Bandanı 2006-cı ildə 13 aylıq olarkən Malavidəki uşaq evindən övladlığa götürüb. Doğuşdan qısa müddət sonra anasını itirən Devid pnevmoniyadan əziyyət çəkir.
Günəş Mərd
tag: Madonna, Devid Banda, Səfil, Nyu York, The Sun, todaypress.az,