Liam Peynin ölümü ilə bağlı daha bir müttəhim saxlanıldı

Mədəniyyət

07.01.2025 18:52

Argentina hüquq-mühafizə orqanları ötən ilin oktyabrında eyvandan yıxılaraq ölən "One Direction" qrupunun solisti Liam Peynin yaşadığı otelin əməkdaşını saxlayıb. 

TodayPress xəbər verir ki, bu barədə "Infobae" internet portalı məlumat yayıb.

Onun sözlərinə görə, musiqiçini öldüyü gün narkotiklə təmin etməkdə ittiham olunan David Ezequiel Pereira özü hüquq-mühafizə orqanlarına təslim olub. Məhkəmə prosesi başa çatana qədər onun barəsində həbs-qətimkan tədbiri seçilib.

İş üzrə ümumilikdə beş nəfər təqsirləndirilir. Müstəntiqlərin sözlərinə görə, onlar Peynin pis vəziyyətdə olduğunu bilə-bilə onu xilas etmək üçün tədbir görməyiblər.

Xatırladaq ki, oktyabrın 16-da Britaniyalı müğənni və “One Direction” qrupunun keçmiş üzvü Liam Peyn Argentinanın paytaxtı  Buenos-Ayresdəki hotelin qarşısında ölü tapılıb. 31 yaşlı sənətçinin ölümünün sui-qəsd olduğu bildirilir. 

Qeyd edək ki, “One Direction” qrupu 2016-cı ildə dağılıb. Bundan sonra Peyn solo çıxış etməyə başlayıb.

Töhfə Səməd

tag: Liyam ,Məhkəmə, Proses,İnternet, todaypress.az,