Leyla Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak etdi

Mədəniyyət

01.05.2025 17:59

8

Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının səhnəsində aprelin 30-da Azərbaycanın Xalq artisti Eyyub Yaqubov “Yalnız mədəniyyət” adlı musiqili-bədii proqram ilə çıxış edib. 

TodayPress xəbər verir ki, şair, dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edib. 

Tədbirdə Eyyub Yaqubov və ifaçının sənət dostları musiqinin sehri, mahnıların ahəngi və şeirlərin dərinliyinin bir araya gəldiyi maraqlı bir təqdimatla tamaşaçıların qarşısına çıxıblar.

tag: Leyla Əliyeva,Mədəniyyət,Musiqili-Bədii gecə,İştirak,Todaypress.az,

photo
photo
photo
photo
photo
photo