Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak etdi
Mədəniyyət
15.11.2024 22:11
Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq)
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində
“Fighting for International Nautical Species” (FINS) təşəbbüsünün pavilyonunu
ziyarət edib. Pavilyon dəniz canlılarının qorunması, eləcə də bu sahədə
beynəlxalq səylərin artırılmasının əhəmiyyətinə həsr olunub.
TodayPress xəbər verir ki, FINS pavilyonunda həyata keçirilən silsilə tədbirlər çərçivəsində Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib.
Sözügedən
filmdə balıqçılıq sənayesinin ətraf mühitə, ekosistemlərə və dəniz heyvanlarına
təsirinə dair məlumat verilir və dayanıqlı balıqçılığın yaratdığı imkanlar qeyd
olunur.
Tədbirin
yekununda “Seaspiracy” layihəsinin rəhbəri İzabella Kavalletti iştirakçıları
maraqlandıran sualları cavablandırıb.
tag: Heydər Əliyev Fondu, İDEA, BMT, COP29, Leyla Əliyeva,todaypress.az,