Lev Tolstoyun sirrli keçmişi üzə çıxdı
Mədəniyyət
03.12.2024 15:04
“Genotek”in alimləri genetik araşdırma apararaq yazıçı Aleksey Tolstoyun Tolstoy Qraf ailəsindən olduğunu sübut edərək şübhələri aradan qaldırıblar.
TodayPress xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya tibbi genetik mərkəzdən məlumat verilib.
100 ildən artıqdır ki, yazıçı Aleksey Tolstoyun mənşəyi ilə bağlı mübahisələr səngimir. Anası onu dünyaya gətirməyə hazırlaşan zaman zadəgan Bostrom ilə qaçıb. Buna görə də 17 yaşına qədər yazıçı Bostrom soyadını daşıyıb və əsl atası haqqında heç bir məlumatı olmayıb. Lakin sonradan soyadını və titulunu bərpa edə bilib. Buna baxmayaraq, tarixçilər hələ də yazıçının mənşəyinə şübhə ilə yanaşırlar.
Nəhayət, bu məsələyə son qoymaq üçün “Genotek”in əməkdaşları yazıçının nəvələrinin genomlarını yazıçının böyük qardaşının Qraf Tolstoydan olan qızı Olqa Mstislavovna Tolstoyun genomu ilə müqayisə edərək, genetik araşdırma aparıblar. Onlar sübut edə biliblər ki, Aleksey Tolstoy və onun övladları, o cümlədən Tatyana Tolstoyanın oğlu Artemi Lebedev həqiqətən də Tolstoy sülaləsinə mənsubdurlar.
Töhfə Səməd
tag: Lev Tolstoy, Genotek,Alimlər, Ailə, todaypress.az,