Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edilib
Mədəniyyət
06.11.2024 22:49
Lənkəran şəhəri “2024-cü
ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib.
TodayPress Bişkek Bəyannaməsinə istinadən xəbər
verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən Türk
Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları
üzrə qəbul edilib.
Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik
Qazaxıstandan Qırğızıstana keçib.
Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin
2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər.
tag: Lənkəran, Gənclər Paytaxtı, Türk Dövlətləri, Qazaxıstan, Qırğızıstan, todaypress.az,