Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin olundu

Mədəniyyət

21.06.2024 21:30

Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib.

TodayPress xəbər verir ki. Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əməkdar mədəniyyət işçisi Laləzar Ramil qızı Hüseynova nazir Adil Kərimlinin müvafiq əmri ilə sözügedən vəzifəyə təyinat alıb. O, bu gün teatrın kollektivinə təqdim edilib.

Qeyd edək ki, Laləzar Hüseynova buna qədər Salyan Dövlət Kukla Teatrının direktoru olub.

tag: Lənkəran Dövlət Dram Teatrı, Direktor, Adil Kərimli, Mədəniyyət Nazirliyi, todaypress.az,