Ledi Qaqanın yeni mahnısı plagiyat çıxdı
Mədəniyyət
28.10.2024 13:50
Rusiyalı aktrisa Yana Poplavskaya amerikalı müğənni Leydi Qaqanın yeni mahnısının "Qırmızı papağın nağılı" sovet filmindən oğurlandığını iddia edib.
TodayPress xəbər verir ki, Poplavskaya bu barədə öz “Telegram” kanalında məlumat verib.
O, bildirib ki, "Xəstəlik" adlı yeni mahnı filimdəki "Qırmızı papaq mahnısı"na oxşayır.
İddia ilə bağlı müğənni hələ ki, heç bir açıqlama verməyib.
Qeyd edək ki, Ledi Qaqa 25 oktyabr 2024-cü ildə yeni sinqlını təqdim edib.
Töhfə Səməd
tag: Rusiya, Yana Poplavskaya, Leydi Qaqa,Mahni, Plagiyat, todaypress.az,