Kuklaçılarımız beynəlxalq festivalda uğurla iştirak etdi
Mədəniyyət
06.06.2024 15:27
Azərbaycan Dövlət Kukla Teatrı kollektivi 1-4 iyun tarixlərində Gürcüstan Respublikasında qastrol səfərində olublar.
Teatrdan TodayPress-ə verilən məlumata görə, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi qrup Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında uğurla iştirak ediblər.
Kuklaçılarımız teatr bayramında “Məlikməmməd” (Azərbaycan xalq nağılı əsasında) tamaşasını nümayiş etdirərək münasiflər heyətinin rəğbətini qazanıblar. 10-a yaxın ölkədən kukla teatrı kollektivlərinin təmsil olunduğu festivalda “Ən yaxşı səhnə həlli” və “Ən gözəl kukla” nominasiyalarında mükafata layiq görülüblər.
Xatırladaq ki, teatr qrupu “Məlikməmməd” tamaşasını həm də azərbaycanlıların kompakt yaşadıqları Marneulidə də göstərərək tamaşaçıları sevindiriblər.
Günel
tag: Azərbaycan, Kukla Teatrı, Qastrol, Səfər, todaypress.az,