Kristen Stüart imicini dəyişdi
Mədəniyyət
20.01.2025 16:00
Amerikalı aktrisa Kristen Stüart imicində dəyişiklik edib.
TodayPress bildirir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
“Alatoran” filminin ulduzu olan 34 yaşlı aktrisa dostları ilə nahara gedərkən Los-Ancelesdə küçədə paparassilər tərəfindən fotokameralara tuş gəlib. Aktrisa V-yaxalı göy rəngli sviter, qıvrılmış ayaqları olan açıq mavi cins şalvar, qara idman ayaqqabısı və ağ corabda kamera qarşısına keçib.
Stüart yenilənmiş görünüşünü sarışına boyanmış saçları ilə nümayiş etdirib. O, həmçinin boynunda gümüş zəncir və rəngli linzalı eynəklə görünüşünü tamamlayıb.
Nicat Osman
tag: Kristen Stüart, Film ulduzu,Mədəniyyət, todaypress.az,