Korluq Elton Conun yeni albomunu bitirməsinə mane olur

Mədəniyyət

26.11.2024 16:45

Britaniyalı müğənni Elton Con "Good Morning America" verilişində yeni albomu üzərində işini bitirə bilmədiyini deyib.  

TodayPress xarici mediaya istinadən xəbər verir ki, buna səbəb sənətçinin gözlərinin zəifləməsidir. 

Belə ki, 77 yaşlı müğənninin sözlərinə görə, 4 aydır sağ gözündə zəif görmə var və sol gözündə ağrılar hiss olunur. O, sözlərini belə görmədiyi üçün studiyada mahnı yazdıra bilməyəcəyini açıqlayıb.

Elton Con sentyabr ayında göz infeksiyasına yoluxduqdan sonra görmə qabiliyyətinin bərpa olunduğunu demişdi.  

Qeyd edək ki, sənətçi 50 illik karyerası ərzində 300 milyondan çox albom satıb. 

Günəş Mərd

tag: Elton Con, Britaniya, Müğənni, İnfeksiya, Göz, todaypress.az,