Kinorejissordan Əməkdar artistə cavab: "Tələbə dərsə qulaq asmırsa deməli...."
Əməkdar artist Gülşad Baxşıyevanın qonaq olduğu verilişdə tələbələrin qısa ətək geyinməsini tənqid etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hətta sənət adamları da mövzu ilə bağlı fikirlərini bildiriblər.
TodayPress xəbər verir ki, tanınmış kinorejissor Elşən Məmmədov sosial media hesabında məsələyə münasibət bildirib.
“Bu mövzu ilə bağlı bir- iki kəlimə deyim. Əgər tələbə dərsə qulaq asmırsa, deməli pedaqoqu saymır, ona hörmət etmir. Arada pərdə yoxdur. Əminliklə deyə bilərəm səhnə danışığı dərsini Roza Tağıyeva və yaxud Ofeliya Sənani desəydi tələbə qızın baldırına dərsdən sonra baxardı. Pedaqoqdan çox şey asılıdır”.
Xatırladaq ki, Əməkdar artist qonağı olduğu verilişdə qısa ətək geyinən qızları sərt tənqid edib. O, tələbələrinə dərsə qısa qol köynək və qısa ətəklə girməyə icazə vermədiyini deyib.
GÜNEL
tag: Əməkdar artist, Gülşad Baxşıyeva, Qısa ətək, Roza Tağıyeva, todaypress.az,