Kenni Uest 2,2 milyon dollarlıq rançosunu tərk etdi

Mədəniyyət

06.06.2024 08:48

2007

Məşhur amerikalı reper Kanye Uest Kaliforniyadakı 2,2 milyon dollarlıq rançosunu tərk edib.

TodayPress xəbər verir ki, “Daily Mail” reperin tərkedilmiş rançosunun fotolorunu paylaşıb.

Kalabasasdakı bir vaxtlar dəbdəbəli 2,2 milyon dollarlıq malikanə, xüsusən də onun keçmiş həyat yoldaşı Kim Kardaşyanın yaxınlığında yerləşən mülkü ilə müqayisədə tamamilə yararsız vəziyyətdədir.

 Əvvəllər ranço reperin yaratdığı özəl xristian məktəbi “Donda Academy”nin qərargahı kimi fəaliyyət göstərirdi. İndi isə malikanə tamamilə sahibsiz vəziyyətdədir. Rançonun ön hissəsində böyük bir çuxur meydana gəlib yerə isə malikanənin damının hissələri səpələnib.


GÜNEL

 

tag: Kenni Uest, Kaliforniya, Ranço, Reper, todaypress.az,