"Karib dənizinin quldurları" filminin aktyoru köpək balığının qurbanı oldu
Mədəniyyət
24.06.2024 20:06
Havayda köpək balığının hücumuna məruz qalan xilasedici və sörf təlimatçısı Tamayo Perri ölüb.
TodayPress xəbər verir ki, "Karib dənizinin quldurları 4 qərib gelgitlərdə" filmində rol alan Tamayo Perri bazar günü Havay arxipelaqının Oahu adasının sahillərində sörfinqlə məşğul olarkən köpək balığının hücumuna məruz qalıb. Yerli sörfçülər tərəfindən tapılan 49 yaşlı aktyorun cəsədinin bir qolu və bir ayağının olmadığı açıqlanıb.
Honolulu Fövqəladə Xidmətlər Departamentindən verilən açıqlamada, ilk təcili çağırışın bazar günü saat 13:00 radələrində gəldiyi və Tamoya Perrinin cəsədinin jet ski ilə sahilə gətirildiyi vurğulanıb.
GÜNEL