Kanye Uest və həyat yoldaşı Qremmidən qovuldu

Mədəniyyət

03.02.2025 13:05

Amerikalı reper və prodüser Kanye Uest və həyat yoldaşı Byanka Sensori Qremmi mükafatlandırma mərasimindən qovulub. 

TodayPress xəbər verir ki, bu barədə "Shot Telegram" kanalı məlumat yayıb.   

Kanye "Karnaval" treki ilə "Ən Yaxşı Rep Mahnısı" nominasiyasında namizəd olub.   

O, qırmızı xalçada qara kürk geyinmiş Byanka Sensori ilə fotoqraflara poza verib. Daha sonra Sensori üst paltarını çıxarıb və tamamilə şəffaf geyimdə, alt paltarsız fotoqrafların qarşısına çıxıb. O, daha bir neçə dəqiqə bu formada jurnalistlərə poza verib. 

Bəzi nəşrlər iddia edir ki, Uest və həyat yoldaşı daha sonra mükafatlandırma mərasimindən polisin müşayiəti ilə çıxarılıb. Buna səbəb kimi təşkilatçıların Byankanın geyimindən narazı qalmaları göstərilib.   

Töhfə Səməd

tag: Kanye Uest ,Reper,Prodüser,Qremmi,Todaypress.az,