İtmiş sayılan rəsm əsəri Niderlandda satışa çıxarıldı - FOTO
Mədəniyyət
28.10.2024 12:25
Niderlanddakı “Zebregs & Röell” antikvar mağazası İsveç kralı III Qustavın övladlığa götürülmüş qaradərili qardaşı Qustav Badinin yenicə aşkar edilmiş rəsmini satışa çıxarıb.
TodayPress xəbər verir ki, 1776-cı ildə çəkilmiş tablo isveçli portret rəssamı Yakob Byorkun fırçasına məxsusdur.
Adolf Lüdviq Qustav Fredrik Albert Badin Kuşi təxminən 1747-ci ildə Danimarkanın Qərbi Hindistandakı koloniyasında qul olaraq anadan olub. Uşaq ikən onu İsveç kraliçası Luiza Ulrike veriblər və o, Russonun ideyalarından və qaradərililərin “təbii uşaqlar” anlayışından ilhamlanaraq, eksperimental səviyyədə oğlanın tərbiyəsi ilə məşğul olub, eyni zamanda, azyaşlıya istədiyi hər şeyi etməyə icazə verib. Bu, Adolfa “təlxək” mənasını verən “Badin” ləqəbini qazandırıb. Həmin oğlan daha sonra mükəmməl təhsil alıb və sarayda mühüm bir fiqura çevrilib, xüsusən Luiza Ulrikenin müttəfiqi və qızı şahzadə Sofiya ilə yaxın dost olub. Badin iki dəfə evlənib və 1822-ci ildə vəfat edib.
“Zebregs & Röell” antikvar mağazasına görə, portret Qustav Badinin saray təlxəyindən kral sarayının etibarlı katibinə qədər qət etdiyi heyrətamiz həyat yolunu təsvir edir. Kətan uzun müddət itmiş hesab olunurdu və tapıldıqdan sonra Qustav Badinin digər təsvirləri ilə müqayisə edilib. Nəticədə rəsmin məhz ona aid olduğu üzə çıxıb.
tag: Niderland, Rəsm, Əsər,Qustav Badini, todaypress.az,