Hollivud ulduzunun ölümünə görə həbslər artır
Mədəniyyət
16.08.2024 11:25
Ölümü ilə hər kəsi təəccübləndirən “Dostlar” serialının məşhur ulduzu, aktyor Metyu Perriyə ketamin adlı maddənin son dozasını şəxsi köməkçisi Kennet İvamasa verib və bundan sonra o, dünyasını dəyişib.
TodayPress xəbər verir ki, bu barədə “Peyce Six” məlumat yayıb.
Araşdırma nəticəsində məlum olub ki, köməkçi bu sahədə təcrübəsi olmasa belə Perriyə dəfələrlə ketamin vurduğunu etiraf edib.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, İvamasa həkim Salvador Plascencia ilə əməkdaşlıq edib.
Qeyd edək ki, indiyədək Perrinin işi ilə bağlı ümumilikdə 5 nəfər həbs edilib.
Günəş Mərd
tag: Araşdırma,Dostlar Serialı,Metyu Perri, Kennet İvamasa, Maddə, todaypress.az,