Hollivud ulduzunun ölümü ilə bağlı təfərrüatlar ortaya çıxdı
"Oskar" mükafatlı amerikalı aktyor Cin Hekman cəsədinin tapılmasından 9 gün əvvəl vəfat etmiş ola bilər.
TodayPress xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "CNN" telekanalı məlumat yayıb.
Sənətçinin kardiostimulyator məlumatlarına görə, sonuncu aktivlik fevralın 17-də qeydə alınıb.
Bildirilib ki, ölümün dəqiq vaxtını müəyyən etmək üçün bir neçə həftə lazım olacaq.
Səlahiyyətlilər açıqlayıblar ki, Hekman və həyat yoldaşı Betsi Arakavanın cəsədləri üzərində aparılan tədqiqatlar nəticəsində dəm qazından zəhərlənmə əlamətləri aşkar edilməyib.
Axtarış zamanı aktyorun evindən tibbi sənədlər, tapşırıq planlayıcısı və iki telefon aşkar edilərək götürülüb.
Xatırladaq ki, fevralın 26-da Hekman, həyat yoldaşı və iti ilə birlikdə Nyu-Meksikodakı evində ölü tapılıb.
Töhfə Səməd
tag: Cin Hekman,Oskar,Vəfat,Təfərrüat,Todaypress.az,