Hollivud ulduzları süni intellektə etiraz etdilər

Mədəniyyət

18.03.2025 18:10

2649

Hollivudun 400-dən çox məşhur ulduzu hökumətdən süni intellekt sahəsində qanunları yumşatmamağı xahiş edib. 

TodayPress xəbər verir ki, bu barədə "The Wrap" məlumat yayıb. 

Məlumata görə, onlar açıq məktub dərc edərək, hökumətə süni intellektə aid olan mövcud qanunları qorumaq barədə çağırış ediblər.   

Sənədi imzalayanlar "OpenAI" və “Google”un süni intellektin hazırlanması üçün müəllif hüquqları ilə qorunan materiallardan istifadə təklifinə də etiraz ediblər. 

Məktubda həmçinin süni intellektin hazırlanması və inkişafı üçün mövcud qanunların yumşaldılmasının Hollivud sektoruna mənfi təsir edəcəyi bildirilib. 

Türkan İsgəndərli

tag: Hollivud,Etiraz,Süni,İntellekt,Todaypress.az,