Hollivud ikonası “Paramount” 28 milyard dollarlıq birləşmə müqaviləsi imzaladı
Mədəniyyət
09.07.2024 00:14
Hollivudun ən qədim şirkətlərindən
biri olan “Paramount Global” müstəqil “Skydance Media” kinostudiyası ilə birləşməyə
razılaşıb.
TodayPress xəbər verir ki, razılaşmaya
əsasən, “Paramount”-un qeyri-icraçı sədri Şari Redstoun ailəsinin şirkətdəki nəzarət
paketini kompleks bir əməliyyatla satacaq və nəticədə 28 milyard dollar dəyərində
yeni bir firma yaranacaq.
Bu, kinoteatrlar zəncirini
geniş media imperiyasına çevirən mərhum patriarxı Samner Redstounun ailəsi üçün
bir dövrün sonunu qeyd edir.
Qeyd edək ki, “Paramount” ilə yanaşı qrupa “CBS”,
“Comedy Central”, “Nickelodeon” və “MTV” televiziya şəbəkələri daxildir.
"Ümid edirik ki, “Skydance”
əməliyyatı bu sürətlə dəyişən mühitdə “Paramount”-un davamlı uğurunu təmin edəcək"
deyə xanım Redstoun bildirib.
Şirkətin məlumatına görə, onun
telekanalları 180-dən çox ölkədə 4,3 milyarddan çox abunəçiyə malikdir.
Müqaviləyə əsasən, “Skydance” “Paramount”-a təxminən 8 milyard dollar sərmayə qoyacaq, o cümlədən qrupa nəzarət edən “National Amusements”-ə 2,4 milyard dollar ödəyəcək.
Nəzrin Cavadzadə
tag: Hollivud, Paramount, Skydance, CBS, todaypress.az,