Heyli Biber xəz paltosuna görə kirpiyə bənzədildi

Mədəniyyət

20.01.2025 20:03

Kanadalı müğənni Castin Biberin həyat yoldaşı və amerikalı model Heyli Biber yeni fotolarına görə internetdə kirpi ilə müqayisə edilib. 

TodayPress xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

28 yaşlı məşhur rəfiqəsi, model Kendal Cenner ilə xizək kurortundan fotosessiyasını paylaşıb. Heyli geyindiyi süni xəzdən hazırlanmış nəhəng boz rəngli xəz paltoda kameralar qarşısına çıxıb. 

İstifadəçilər “Böyük kirpiyə bənzəyir”, “Çirkindir”, “Dəhşətli xəz palto” deyə şərhlərdə yazıblar.

Töhfə Səməd

tag: Kanada,Castin Biber,Heyli Biber,Kendal Cenner,Xəz palto,todaypress.az,