Harvard Universiteti məşhur repçini fəxri diplomdan məhrum etdi
Mədəniyyət
08.06.2024 08:23
Harvard Universiteti repçi P.Diddini (əsl adı Şon Kombs) keçmiş sevgilisi, müğənni Kessi Venturanı döyməsi ilə bağlı bu yaxınlarda yayımlanan görüntülərə görə fəxri diplomdan məhrum edib.
TodayPress xəbər verir ki, bu barədə universitetin saytında məlumat verilib.
Universitet repçi 2016-cı ildə onun adına təqaüd proqramını maliyyələşdirmək üçün bağışladığı 1 milyon dolları da geri qaytarmağı planlaşdırır.
Amerika universiteti reperin davranışı Hovard Universitetinin əsas dəyərlərinə və inanclarına uyğun gəlmədiyini qeyd edib.
Xatırladaq ki, may ayında reperin Los Ancelesdəki otelin dəhlizində keçmiş sevgilisi Kessi Venturaya təpik vurması xəbəri yayılmışdı. Kadrlarda Kombsın Kessini yerə atması, təpiklədiyi və paltarından tutaraq dəhlizdə sürüldüyü görünür.
GÜNEL
tag: Repçi,Harvard Universiteti, Təqaüd, Los Anceles, todaypress.az,