“Harry Potter”ın məşhur siması illər sonra serial barədə danışdı
Mədəniyyət
16.09.2024 17:25
“Harry Potter” serialında “Sirius Blek” obrazını canlandıran aktyor Qari Oldman yeni layihələrdə fərqli obraz oynamaq istədiyini etiraf edib.
TodayPress xəbər verir ki, bu barədə “Indie Wire” məlumat yayıb.
Oldman, “Harry Potter”də növbəti dəfə rol alması ilə bağlı hələ heç kimin onunla əlaqə saxlamadığını deyib. O, özünün “Dambldor” roluna uyğun olacağını düşünür.
"Bir neçə ildən sonra mən Hoqvartsın direktoru rolunu çox yaxşı oynaya bilərəm" deyə Qari bildirib.
Aktyor onu da əlavə edib ki, gənc sehrbazla bağlı hekayənin davamında mütləq yeni aktyor heyəti olmalıdır.
Xatırladaq ki, serial ilk dəfə 1997-ci ildə işıq üzü görüb. Daha sonra ciddi izləyici kütləsinə sahib olduğu üçün növbəti bölümləri çəkilməyə başlanıb. Ötən illərdə məlum olub ki, gənc sehirbazla bağlı hekayənin davamı çəkiləcək.
Qeyd edək ki, “Hoqvarts” məktəbinin direktoru “Dambldor”u canlandıran Maykl Qambon 2023-cü ildə 82 yaşında vəfat edib.
Töhfə Səməd
tag: Harry Potter ,Sirius Blek ,Qari Oldman ,Dambldor,