"Harry Potter"in keşişi öldü

Mədəniyyət

10.03.2025 16:40

2369

Britaniyalı aktyor Saymon Fişer Bekker 63 yaşında vəfat edib.   

TodayPress xəbər verir ki, bu barədə onun meneceri Kim Barri "metro.co.uk" saytına məlumat verib. 

Ölümün səbəbi məlum deyil. 

Qeyd edək ki, Fişer Bekker 1990-cı ildə "Romanın Yeddi Təpəsi" filmində mağaza müdiri rolunda kinoda debüt edib.

O, daha çox "Harry Potter və Fəlsəfə Daşı" filmlərindəki kök keşiş obrazı ilə tanınıb.

Aktyor "Doctor Who" filmində Dorium Meldovarı da canlandırıb.  Sənətkarın filmoqrafiyasına 30-dan çox rol daxildir. Fişer Bekker kinodan əlavə teatrda da oynayıb. 

Töhfə Səməd

tag: Harry Potter,Saymon Fişer,Keşiş,Ölüm,Todaypress.az,