“Harri Potter” serialı üçün ilk aktyor heyəti açıqlandı

Mədəniyyət

15.04.2025 15:36

5

“Yeni serial C.K. Roulinqin əsərlərinə əsaslanan “daha sadiq” ekranlaşdırma olacaq”.

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “Variety” nəşri məlumat yayıb.

Məlumata görə, “HBO” “Harri Potter” əsasında çəkiləcək yeni serial üçün ilk təsdiqlənmiş aktyor heyətini rəsmi şəkildə açıqlayıb.

Serialda Albus Dambldor rolunda Con Litqou, Minerva Makqonaqal obrazında Canet Maktir, Severus Sneypla Paapa Essiedu, Rubens Haqrid rolunda isə Nik Frost çıxış edəcək.

Bundan əlavə, Lüük Tallon Kvirinus Kvirrell obrazını canlandıracaq, Pol Uaythauss isə Argus Filç rolunda təkrarlanan obraz kimi görünəcək.

“Variety” qeyd edir ki, bu, gözlənilən serial üçün təsdiqlənmiş ilk aktyor siyahısıdır. Əsas rollar – Harri, Ron və Hermion üçün isə HBO ötən payız açıq kastinq elan etmiş, 30 minə yaxın müraciət toplamışdı.

Serialın çəkilişlərinə bu yay başlanacağı gözlənilir. HBO layihəni “dünyaca məşhur C.K. Roulinq romanlarının sadiq adaptasiyası” kimi təqdim edir və qeyd edir ki, hər mövsüm sehrli aləmin yeni tərəflərini və Harri Potterin inanılmaz macəralarını təqdim edəcək.

Qiymət Mahir

tag: Harry Potter,Severus Snape,Rubens,Film,todaypress.az,