"Güclü Zəriflər" nümayiş olundu
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Üçüncü Bahar Yaşlılara Dəstək İctimai Birliyinin əməkdaşlığı ilə birgə həyata keçirilən “Selektiv abortlarla mübarizə” Kampaniyası çərçivəsində "Güclü Zəriflər" adlı sosial təbliğat məqsədli teatr tamaşası nümayiş olundu.
Komitədən TodayPress-ə verilən məlumata görə, müəllifi İlqar Fəhmi, rejissoru Respublikanın əməkdar artisti Nicat Kazımov olan bu tamaşa bir neçə özəlliyi ilə seçilir. Tamaşa dövrümüzün həssas problemlərindən olan cinsi ayrı-seçkilik, selektiv abortlarla mübarizə, qız uşaqlarının hüquqlarının pozulması, erkən nikah və qohum evliliklərinə qarşı çağırışı özündə ehtiva edir.
GÜNEL
tag: Selektiv abort, Yaşlılara dəstək, Nizat Kazımov, İlqar Fəhmi,Cinsi ayrı-seçkilik, todaypress.az,
