Göldən üç min illik heykəl tapıldı

Mədəniyyət

19.08.2024 17:11

İtaliyada qədim ilahənin üç min illik heykəlciyi tapılıb.

TodayPress xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb. 

Arxeoloqlar Bolsena gölünün dibində, qədim villanın xarabalıqları arasında təxminən 15 sm hündürlüyündə gil heykəlcik aşkar ediblər. Onun üzərində heykəltəraşın barmaq izləri və parça izləri olub. Tədqiqatçılar hesab edirlər ki, bu, məişət dini ayinləri üçün istifadə edilən ilahə heykəlciyidir. 

Töhfə Səməd

tag: İtaliya, Qədim İlahə, Bolsena, Tədqiqatçılar, Dini Ayinlər, todaypress.az,