Füzulidə məktəblilərin incəsənət festivalı keçirildi
Mədəniyyət
15.06.2024 20:21
İyunun 14-də Elm və Təhsil, Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Milli qurtuluşdan zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib.
TodayPress xəbər verir ki, festival Milli Qurtuluş Gününə həsr olunub.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, mədəniyyət və incəsənət xadimləri, müəllimlər, şagirdlər iştirak ediblər.
Tədbirdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət yönümlü təhsil müəssisələrinin şagirdlərinin ifasında musiqi, rəqs nömrələri təqdim olunub.
tag: Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Füzuli şəhəri, Festival, todaypress.az,