Formula 1 üçün fan-zona və konsert biletləri satışa çıxarıldı
Mədəniyyət
03.09.2024 01:44
Sentyabrın 13-15-də
keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi üçün fan-zona
biletləri və konsert biletləri artıq satışdadır.
TodayPress xəbər verir ki, hər
il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları,
müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq
təcrübələri, rəqslər yarış həftəsinin sonunda fanatlara əsl festival ab-havası
bəxş edəcək.
Azarkeşlər
Formula 1-in bütün aktivasiyalarını bu il fan-zonada görə biləcək, fan-forumda
pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.
Foto
həvəskarları üçün quraşdırılmış iri Formula 1 dekorasiyaları, retro maşınların
sərgisi, canlı heykəllər, “selfie” zonalar Formula 1-dən ən yaddaqalan kadrlar
çəkmək üçün mükəmməl fürsət təqdim edir.
Əyləncə
zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyun və fəaliyyətlər
təklif olunur.
Həmçinin bu
gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca
biletlərin satışına start verilib. Xatırladaq ki, sentyabrın 13-14-də
keçiriləcək möhtəşəm konsertlərdə, musiqi dünyasının ulduzları Uill Smit, Blək
Koffi və J Balvin çıxış edəcəklər.
Formula 1
Azərbaycan Qran-Prisinin möhtəşəm atmosferini yaşamaq və həyəcanını birbaşa
hiss etmək istəyənlər fan-zona bileti və konsert biletləri əldə edə bilərlər.
Biletləri Bakı Şəhər Halqasının rəsmi veb-saytından və mobil tətbiqindən əldə
etmək mümkündür.
tag: Formula-1, Qran-Pris,İdman,Yarış,todaypress.az,