Firon II Ramzesin qılıncı tapıldı

Mədəniyyət

07.09.2024 10:34

2763

Misirin şimalındakı Əl-Buheyra əyalətində qazıntılar zamanı arxeoloqlar firon II Ramzesin qılıncını tapıblar. 

TodayPress xəbər verir ki, bu barədə Misirin “İndependent” nəşri məlumat yayıb. 

Misirli arxeoloqlar Yeni Krallıq dövrünə aid bir sıra alətlər aşkar ediblər.     

Əşyalar Buhayra əyalətinin Tell əl-Abqayn bölgəsində tapılıb.

Alimlər əsgərlərin çoxsaylı şəxsi alətlərini də əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl Misir, Almaniya və Avstriyadan olan beynəlxalq arxeoloqlardan ibarət qrup ölkənin  mərkəzində təxminən 5000 il yaşı olan şərab qabları tapıb.

Günəş Mərd

tag: Firon, Ramzes, Misir, Almaniya, Avstriya, Buhayra, todaypress.az,