Fərdi Tayfur xəstəxanaya yerləşdirildi

Mədəniyyət

15.12.2024 17:45

Türkiyəli tanınmış müğənni Ferdi Tayfur yaşadığı Muğlanın Marmaris rayonunda yüksək təzyiqlə xəstəxanaya yerləşdirilib.

TodayPress xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Adaköy Məhəlləsi Cənnət Adasındakı evində səhhəti pisləşən Tayfur üçün mənzilə həkimlər briqadası çağırılıb.

Qan təzyiqi yüksək olduğuna görə təcili yardımla rayondakı özəl xəstəxanalardan birinə aparılan sənətçinin hazırda müalicə olunduğu bildirilib.

tag: Türkiyə,Müğənni,Ferdi Tayfur,Muğla,Yüksək təzyiq,Xəstəxana,todaypress.az,