"Evdə Tək" filminin çəkildiyi malikanə 5.25 milyona satıldı
Mədəniyyət
10.06.2024 19:25
“Evdə Tək” filmindəki malikanə hərraca çıxarıldıqdan cəmi bir həftə sonra öz alıcısını tapıb.
TodayPress Amerikanın Realtor.com daşınmaz əmlak axtarış portalına istinadla xəbər verir ki, yeni sahibi evi 5,25 milyon dollara alıb.
Məşhur ev 12 ildən sonra ilk dəfə satışa çıxarılıb və filmin premyerasından bu yana cəmi iki dəfə sahibini dəyişib. Çikaqonun Vinnetka ətrafında yerləşən malikanə ötən əsrin 20-ci illərində gürcü memarlıq üslubunda tikilib. Klassik Milad filminin çəkilişindən bəri malikanənin xarici görünüşü demək olar ki, dəyişməz qalıb, lakin evin içi bəzi dəyişikliklərə məruz qalıb.
GÜNEL
tag: Film, Çikaqo, Vinnetka, Premyera, todaypress.az,