“Emmi” tərəfindən ilin ən yaxşı aktyorları açıqlandı
Mədəniyyət
16.09.2024 12:35
2024-cü ilin “Ən Yaxşı Dram Aktyoru” üçün “Emmi” mükafatı "Şoqun" filminin ulduzu Hiroyuki Sanada olub.
TodayPress xəbər verir ki, bu barədə Amerika Televiziya Akademiyasının saytında məlumat verilib.
Bundan başqa, “Ayı” filminin ulduzu Ceremi Allen Uayt “Ən yaxşı komediya aktyoru” seçilib. “Fawn” filmində baş rolda oynayan Riçard Qadd isə “Mini serial” kataqoriyasında ən yaxşı aktyor seçilib.
Qeyd edək ki, “Şoqun” Yaponiyadakı feodal çəkişmələrindən bəhs edən tarixi ekran əsəridir. Serial yazıçı Ceyms Klavellin romanı əsasında çəkilib. “Ayı” serialı restoran biznesinin bütün üzlərindən bəhs edən dram, "Fawn" isə Marta adlı təqibçinin qurbanı olmuş komediyaçı Donni Dannın hekayəsi əsasında çəkilmiş Britaniya serialıdır.
Töhfə Səməd
tag: Ayı Filmi ,Dram Aktyoru, Amerika, Ceyms Klavell ,Roman,Hiroyuki Sanada ,todaypress.az,