Əməkdar incəsənət xadimi Sürayə Ağayeva vəfat etdi
Mədəniyyət
20.10.2024 03:00
Əməkdar incəsənət xadimi, görkəmli müsiqişünas, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor Sürayə Ağayeva 77 yaşında vəfat edib.
Bu
barədə today“Apa” istinadən
yazıb.
O bildirib ki,
bir müddət əvvəl insult keçirərək xəstəxanaya yerləşdirilən S.Ağayevanın
səhhəti bir neçə gün əvvəl yenidən pisləşib və həyatını xilas etmək mümkün
olmayıb.
Mərhumla vida
mərasimi 20 oktyabr, saat 11:00-da Təzə Pir məscidində olacaq.
Qeyd edək ki,
Sürayə Ağayeva 1947-ci ildə anadan olub.
O, UNESCO-nun
nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM), Beynəlxalq
Etnomusiqişünaslar Cəmiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.
Müxtəlif illərdə Bakı Musiqi Akademiyası, Türkiyənin Hacettepe Dövlət
Konservatoriyası və Bilkent Universitetinin musiqi fakültəsində müəllim
işləyib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və
nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. S.Ağayevanın elmi fəaliyyəti
Azərbaycan, Şərq musiqi mədəniyyəti və orta əsr əlyazmalarının araşdırılmasına
həsr olunmuşdu. Muğam sənətinin tarixi və nəzəriyyəsinə dair Azərbaycan, rus,
türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı kitab və məqalənin
müəllifidir.
tag: Əməkdaş, Təzə Pir, Sürayə Ağayeva,Vida, Todaypress.az,