Əməkdar artist Qazaxıstanda filmə çəkilir
Mədəniyyət
13.06.2024 00:25
Əməkdar artist Sənubər İsgəndərli Qazaxıstanda filmə çəkilir.
TodayPress xəbər verir ki, bu barədə “Actors Agency of Azerbaijan”nn prodüseri Səbuhi Məmmədov sosial media hesabında paylaşım edib.
Prodüser bildirib ki, Əməkdar artist Qazaxıstan kinematoqrafçıları ilə “Actors Agency of Azerbaijan”nın birgə əməkdaşlığı ilə çəkilən “Xanım Qazaxıstan” adlı bədii filmdə rol alacaq. Filmin artıq çəkilişlərinə start verildiyini bildirən S. Məmmədov çəkiişlərin Türkiyə və Qazaxıstanda baş tutacağını qeyd edib.
GÜNEL
tag: Sənubər İsgəndərli, Prodüser, Qazaxıstan, Türkiyə, todaypress.az,