Əməkdar artist gəncləri tənqid etdi - "Sərbəstliklə tərbiyəsizliyi səhv salırlar"
Mədəniyyət
04.06.2024 21:19
"İndiki nəsil çox zəhmətkeşdir. Amma əndazə məsələsi var. Bizim üçün çərçivələr daha çox idi. Elə tərbiyə almışdıq ki, bizim üçün əvvəlcə böyüklər idi. İndiki gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar. Ən ağrıdıcı tərəfi budur".
TodayPress xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova “Sabahınız xeyr Azərbaycan!” verilişinə müsahibəsində deyib. Sənətindən danışan aktrisa bu sahəyə təsadüfən gəldiyini bildirib:
"Mən bir günün içində populyar oldum. Hamı məndən
danışırdı. Ətrafda belə bir fikir yaranmışdı ki, özümdən çox razı insanam və hər
kəsi özümdən uzaqlaşdırmağa çalışıram. Bu isə əsla belə deyildi. Sadəcə mən o
reaksiyalara hazır deyildim. Mən aktrisalığa təsadüfən gəlmişəm. Aktrisa
olmasaydım, idman üzrə mütəxəssis olardım" (axşam.az).
tag: Əməkdar artist, Vəfa Zeynalova, Azərbaycan,Aktrisa,todaypress.az,