Əməkdar artist Ankarada konsert verdi
Mədəniyyət
13.06.2024 06:00
Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu İslam Manafov Ankarada konsert verib.
TodayPress xəbər verir ki, virtuoz CSO ADA Ankara zalının səhnəsində Bax, Prokofyev, Şopen, Musorqski və Qara Qarayevin, eləcə də digər dünya şöhrətli bəstəkarların əsərlərini ifa edib.
Azərbaycanlı pianoçunun çıxışı gurultulu alqışlarla qarşılanıb.
Manafovun növbəti konsertinin iyunun 13-də Eskişehirdə keçirilməsi planlaşdırılır.
GÜNEL
tag: Əməkdar artist, Ankara, İslam Manafov, Pianoçu, todaypress.az,