Əfsanəvi rok qrupunun mahnıları 1, 2 milyard dollara satıldı

Mədəniyyət

22.06.2024 22:55

Freddi Merkurinin solisti olduğu “Queen” qrupunun dünyaca məşhur mahnıları rekord qiymətə satılıb.

TodayPress xəbər verir ki, İngiltərənin məşhur rok qrupunun mahnılarından ibarət musiqi arxivi “Sony Music"ə  1,2 milyard dollara satılıb.

“Sony Music” “Queen”in "Another One Bites the Dust", "Bohemian Rhapsody",  "Radio Ga Ga" və daha bir çox hit mahnılarının yer aldığı musiqi kataloquna sahib olmaqla tarixi müqaviləyə imza atıb.

Qeyd edək ki, musiqi  kataloqları ən gəlirli investisiyalardan hesab olunur. Çünki müəlliflik hüquqları alınan musiqilər filmlərdə, reklamlarda istifadə oluna və ya radioda səsləndirilə bilər. Belə olduğu halda  musiqilərin hüquqlarını alan  şirkət və ya şəxslərə bəlli bir məbləğdə qonorar ödənilir.

Xatırladaq ki, “Queen” qrupu ilk dəfə 1970-ci ildə Londonda May və Taylor tərəfindən yaradılıb.  .

GÜNEL

tag: Rok qrupu, "Quenn", Freddi Merkuri, İngiltərə, todaypress.az,