Əfsanəvi Hollivud rejissoru xəstəliyini açıqladı
Mədəniyyət
07.08.2024 15:55
Hollivudun məşhur rejissorlarından biri olan Devid Linç xəstəliyini açıqlayıb.
TodayPress xəbər verir ki, “Sight and Sound” jurnalına danışan 78 yaşlı sənətçi ona amfizem diaqnozu qoyulduğunu və artıq evindən çölə çıxa bilməyəcəyini deyib.
Linç bu halda rejissorluq etməyin çətin olduğunu və hələki təqaüdə çıxmadığını vurğulayıb.
Qeyd edək ki, Linçin son layihəsi 2017-ci ildə çəkdiyi "Twin Peaks: The Return" filmi olub.
Günəş Mərd
tag: Hollivud, Devid Linç, Rejissor, Xəstəlik,Diaqnoz, todaypress.az,