Əfsanəvi hind rejissoru vəfat etdi

Mədəniyyət

24.12.2024 14:38

Əfsanəvi hind rejissoru Şyam Beneqal 91 yaşında vəfat edib.  

TodayPress xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.

Onun ölümünə səbəb xroniki böyrək xəstəliyi olub. 

“Əsərləri Hindistan kinosuna dərin təsir göstərən Şyam Beneqalın vəfatından çox kədərləndim. Onun filmləri cəmiyyətin bütün təbəqələrindən olan insanlar tərəfindən bəyənilməyə davam edəcək” deyə Hindistanın Baş naziri Narendra Modi “X” sosial şəbəkəsində yazıb. 

Qeyd edək ki, Beneqal 1970-ci illərdə bir sıra filmlərlə şöhrət qazanıb. Onun ən məşhur filmləri "Gecənin sonu", "Oyanış" və "Çətin rol"dur. 

Günəş Mərd

tag: Hind,Rejissor,Şyam Beneqal,Gecənin sonu,Oyanış,Çətin rol,todaypress.az,