Ədəbiyyat üzrə Nobel mükafatı laureatı açıqlandı

Mədəniyyət

10.10.2024 16:40

Ədəbiyyat üzrə 2024-cü il üçün Nobel mükafatı laureatı bəlli olub. 

TodayPress xəbər verir ki, 54 yaşlı cənubi koreyalı yazıçı Han Kanq sözügedən sahə üzrə 2024-cü ilin laureatı elan edilib.

Nobel Komitəsinin bəyanatına görə, müəllif “tarixi travma ilə üzləşən və insan həyatının kövrəkliyini ifşa edən” intensiv poetik nəsrinə görə qalib gəlib.

Han Kanqın eksperimental poetik üslubuna görə müasir nəsrdə yenilikçi olduğu da vurğulanır.

Günəş Mərd

tag: Ədəbiyyat ,Nobel ,Han Kanq,Komitə,todaypress.az,