Dünyanın ən zəngin sənətçisi dəyişdi
Mədəniyyət
27.01.2025 15:05
Məşhur reper Kanye Uestin şəxsi sərvəti açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.
Qeyd olunub ki, 2025-ci ildə sərvəti 2,77 milyard dollara çatan Uest "dünyanın ən zəngin sənətçisi” adını alıb.
Bildirilib ki, Kanyenin sərvəti keçən ilin ən varlı məşhur Cey-Zinin 2,5 milyard dollarlıq sərvətini ötüb.
Məlumat üçün diqqətinizə çatdıraq ki, reperin şəxsi sərvəti 19 ölkənin illik ümumi daxili məhsulundan çoxdur.
Nicat Osman
tag: Reper,Sərvət,Uest,Kanyen,Todaypress.az,