Dünyanın ən zəngin qadın musiqiçisinin adı açıqlandı
Mədəniyyət
09.10.2024 11:00
Məşhur amerikalı müğənni Teylor Svift dünyanın ən zəngin qadın musiqiçisi olub.
TodayPress xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Bildirilib ki, Sviftin sərvəti təxminən 1,6 milyard ABŞ dollarıdır.
Jurnal yazır ki, müğənni bu nəticəni “The Eras Tour” (2023-2024) uğuru sayəsində əldə edib.
“Forbes”ə görə, Sviftdən sonra ikinci yerdə Rihanna (1,4 milyard ABŞ dolları), üçüncü yerdə isə Madonna (850 milyon ABŞ dolları) gəlir.
Töhfə Səməd
tag: Teylor Svift ,Müğənni ,ABŞ ,Rihanna ,Madonna, todaypress.az,