Dünya şöhrətli dramaturqun əsəri Azərbaycan səhnəsində
Mədəniyyət
25.06.2024 12:22
YUĞ Teatrında tezliklə yeni tamaşanın premyerası baş tutacaq.
Teatrdan TodayPress-ə verilən məlumata görə, rejissor Mikayıl Mikayılov rumınyalı dramaturq Matey Vişnekin "P.A.N.D.A" əsəri əsasında eyniadlı tamaşanı səhnələşdirib.
Səhnə əsərində aktyorlar Oqtay Mehdiyev və Günəş Tegin iştirak edir.
Qeyd edək ki, Matey Vişnekin pyesləri bu gün dünyanın bir çox ölkələrinin teatrlarında tamaşaya qoyulur.
Günel
tag: YUĞ Teatrı, Tamaşa, Mikayıl Mikayılov,P.A.N.D.A, todaypress.az,