“Dune”nun 3-cü seriyası çəkiləcək

Mədəniyyət

21.10.2024 19:25

“Dune: Desert Planet” seriyasının direktoru Denis Vilnev üçüncü layihə haqqında yeni açıqlama verdi. 

TodayPress xəbər verir ki, aylar əvvəl istirahətə ehtiyacı olduğunu vurğulayan kanadalı “Deadline”a verdiyi yeni müsahibəsində “Dune Messiah” üçün hazır olduğunu bildirib:

“Fikirləşdim ki, ikinci seriyadan sonra fasilə verib, meşəyə gedib bir az vaxt keçirəcəyəm. Ancaq ora mənə uyğun gəlmədi və mən düşündüyümdən daha tez kamera arxasına qayıdacağam”.

Üç dəfə “Oskar” mükafatına namizəd olmuş rejissor əlavə edib ki, “Dune: Desert Planet Part Two” filmindən 12 il sonra baş verəcək “Dune Messiah” filminin ssenarisini yazmağa davam edir.

57 yaşlı rejissorun yeni layihəsinin 2026-cı ilin dekabrında təqdim ediləcəyi bildirilsə də, onun “Dune Messiah” olub-olmayacağı məlum deyil.

Frank Herbertin 1969-cu ildə yazdığı “Dune Messiah” romanı ilk “Dune” kitabından 12 il sonra işıq üzü görüb. Buna görə də, filmin uyğunlaşdırılması Timoti Şalamet və Zendaya da daxil olmaqla, aktyor heyətini yaşlandırmalı olacaq.

Vilnev “Dune” kainatını tərk etmək istəsə də, serialın bitməsini istəmir. Kanadalı rejissor serialı başqasının çəkməsini istəyir. O, başqa layihələri reallaşdırmaq istədiyini açıqlayıb. 

Töhfə Səməd

tag: Dune,Dune Messiah,Denis Vilnev ,Oskar, todaypress.az,