Dua Lipa məhkəmədə qalib gəldi

Mədəniyyət

29.03.2025 18:07

2320

Alban əsilli britaniyalı müğənni Dua Lipa məşhur "Levitating" mahnısına görə məhkəməyə verilib. 

TodayPress xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.   

Belə ki, "Artikal Sound System" musiqi qrupu mahnının öz əsərlərindən götürüldüyünü iddia edib.

Qrup Lipanın mahnısının 2017-ci ildə yayımlanan "Live Your Life" mahnısına çox bənzədiyini bildirib.

Musiqiçi Rassel Braun və Sendi Linzer də məhkəməyə oxşar iddia ilə müraciət ediblər. 

Məhkəmənin qərarına əsasən isə Dua Lipa qalib gəlib. Məhkəmə mahnılar arasında oxşarlığın olduğuna qərar verib, lakin hüquqi cəhətdən əhəmiyyətli bənzərlik qeydə alınmayıb.

Qərara əsasən, məşhur müğənni heç bir cərimə ödəməyəcək. 

Qeyd edək ki, Dua Lipa eyni mahnıya görə müəllif hüquqları ilə bağlı növbəti dəfə məhkəməyə çıxacaq. Belə ki, 2023-cü ildə prodüser Bosko Kante britaniyalı müğənnini məhkəməyə verib. 

Töhfə Səməd

tag: Dua Lipa,Məhkəmə,Qalib,Levitating,Musiqi,Müğənni,Todaypress.az,